Pezeşkian: Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran nə danışıqlar prosesindən, nə də öz müdafiə mövqeyindən geri çəkilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki.
Pezeşkianın bildirdiyinə görə, ölkəsinin əsas prioriteti milli təhlükəsizliyin təmin olunması və xalqın rifahının qorunmasıdır.
“Biz xalqın hüquqlarını qətiyyətlə müdafiə edirik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. Diplomatiya və müdafiə milli gücün iki qanadıdır. Nə döyüş meydanını tərk etmişik, nə də danışıqlar masasını”, – o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran İsrailə qarşı zərbələrin dayandırıldığını açıqlamışdı. Bu qərar ABŞ Prezidenti Donald Trumpın tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırmasından sonra verilmişdi.
Bununla yanaşı, Tehran xəbərdarlıq edib ki, Livanda vəziyyətin gərginləşməsi və ya yeni hücumların baş verməsi halında yenidən hərbi tədbirlər görülə bilər.
17:05 08.06.2026
Oxunuş sayı: 49