Papuaşvili Gürcüstan–Azərbaycan–Türkiyə formatının əhəmiyyətini vurğulayıb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdiyini bildirib
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Brifinq zamanı çıxış edən Papuaşvili qeyd edib ki, üç ölkə arasında həm icraedici, həm də qanunverici hakimiyyət səviyyəsində formalaşan əməkdaşlıq mexanizmləri xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu əməkdaşlıq formatları ölkələrin siyasi mövqelərinin yaxınlaşmasına, regionun üzləşdiyi çağırışlarla bağlı ortaq yanaşmanın formalaşmasına və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Papuaşvili əlavə edib ki, üçtərəfli əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına və iştirakçı dövlətlərin milli maraqlarının təşviqinə də mühüm töhfə verir.
Qeyd edək ki, bu gün Istanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək.
16:55 08.06.2026
Oxunuş sayı: 54