İran İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib
İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qərargahın yaydığı bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri İsrailə “ağrılı cavab” verdikdən sonra əməliyyatlara son qoyub.
Açıqlamada qeyd olunub ki, bu addım Livanın cənubunda və Beyrutun Dahiyə bölgəsində baş verən hadisələr fonunda atılıb. Bildirilib ki, əməliyyatların məqsədi Livan xalqına dəstək vermək olub.
Bəyanatda vurğulanıb ki, gələcəkdə hücumlar və “təcavüzkar hərəkətlər” davam edərsə, buna daha sərt cavab veriləcək.
15:59 08.06.2026
Oxunuş sayı: 47