Çin liderindən gözlənilməz addım: Şimali Koreyaya səfər etdi
Çin lideri Si Cinpin son yeddi ildə ilk dəfə olaraq Şimali Koreyaya rəsmi səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Si Cinpin səfər çərçivəsində Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyana gəlib.
Səfərin gündəliyində ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlığın müzakirəsinin yer aldığı bildirilir.
Bu, Çin liderinin son yeddi ildə Şimali Koreyaya həyata keçirdiyi ilk rəsmi səfərdir.
15:43 08.06.2026
Oxunuş sayı: 54