Mirzoyan: Ermənistan 2025-ci ildə KTMT-yə üzvlük haqqı ödəməyib
Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqı ödəməyib.
Crossmedia.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
“Biz üzvlük haqqını sadə səbəbdən ödəməmişik: təşkilatda faktiki iştirakımız olmayıb”, – deyə Mirzoyan bildirib.
Nazir xatırladıb ki, Ermənistan 2024-cü ildən etibarən KTMT-də iştirakını dondurub.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. İrəvan son illərdə təşkilatın fəaliyyətini tənqid edir və onun təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmədiyini bildirir.
14:22 08.06.2026
Oxunuş sayı: 50