İran XİN binası yaxınlığında güclü partlayış olub
Tehranda Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verib.
Crossmedia.az “Əl-Cəzirə” telekanalının məlumatına istinadən xəbər verir ki, bu gün İranın paytaxtı Tehranın mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış qeydə alınıb.
İlk partlayış XİN binası ərazisini silkələyib. Yerli media orqanları, o cümlədən “Fars News” agentliyi hadisəni təsdiqləsə də, partlayışın dəqiq yeri və səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bildirilib ki, hadisə ilə eyni vaxtda Tehranın bəzi bölgələrində hava hücumundan müdafiə sistemləri işə düşüb.
Hadisənin detalları araşdırılır və əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
14:24 08.06.2026
Oxunuş sayı: 52