Qırmızı dənizdə İsrail gəmilərinə hərəkət qadağan edildi
Yəməndə fəaliyyət göstərən Husilər İsrailə məxsus dəniz naviqasiyasına Qırmızı dənizdə qadağa qoyduqlarını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qrupun yaydığı bəyanatda Husilər İsrailə məxsus gəmilərin Qırmızı dəniz üzərindən hərəkətinə tam və mütləq qadağa qoyulduğunu elan edib.
Bəyanatda qeyd olunub ki, İsrailin bütün dəniz hərəkətləri silahlı qüvvələr üçün qanuni hərbi hədəf hesab ediləcək və qərarın dərhal qüvvəyə minib.
Hadisə ilə bağlı bölgədə təhlükəsizlik vəziyyətinin daha da gərginləşə biləcəyi istisna edilmir.
13:38 08.06.2026
Oxunuş sayı: 61