Koordinasiya iddiaları alt-üst oldu – ABŞ hər şeyi inkar etdi
ABŞ İsrailin İrana qarşı son hücumlarında iştirak etmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Axios” nəşrinin ABŞ hərbi rəsmisinə istinadən yaydığı məlumata görə, rəsmilər İsrailin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlarda Vaşinqtonun iştirak etmədiyini bildiriblər.
Məlumata görə, ABŞ ordusu İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara birbaşa qatılmayıb.
Açıqlama İsrail mediasında əməliyyatların Vaşinqtonla koordinasiya olunduğuna dair iddiaların yayıldığı bir vaxtda verilib.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və atəşkəsin pozulmasına cavab olaraq İranın raket hücumlarına qarşılıq verilməməsini istədiyini bildirib.
Hadisə ilə bağlı tərəflər arasında diplomatik gərginliyin davam etdiyi qeyd olunur.
13:08 08.06.2026
Oxunuş sayı: 61