MDB: Ermənistanda seçkilər qaydalara uyğun keçirilib
MDB-nin (Müstəqil Dövlətlər Birliyi) Ermənistandakı seçkiləri müşahidə edən missiyası səsvermə prosesi ilə bağlı yekun nəticəsini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Missiyanın məlumatına görə, səsvermə prosesi Ermənistan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib. Bildirilib ki, texniki avadanlıqlar ümumilikdə fasiləsiz işləyib, seçki məntəqələrinin böyük əksəriyyətində videomüşahidə sistemlərindən istifadə olunub.
Qeyd edilib ki, səslərin hesablanması proseduru da qanunvericiliyin tələblərinə uyğun aparılıb.
Müşahidəçilər tərəfindən qeydə alınan ayrı-ayrı nöqsanların texniki xarakterli olduğu və dərhal məntəqə komissiyaları tərəfindən aradan qaldırıldığı vurğulanıb.
Missiya seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı ciddi pozuntu aşkar etməyib.
MDB Müşahidəçilər Missiyasının yekun qənaətinə əsasən, 2026-cı il iyunun 7-də Ermənistan Respublikasında keçirilən parlament seçkiləri ölkənin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun şəkildə, çoxpartiyalı, açıq və rəqabətli mühitdə baş tutub.
12:38 08.06.2026
Oxunuş sayı: 52