Paşinyan: Xalq öz seçimini etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərin nəticələri ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan Ermənistan xalqının səsvermə zamanı dövlətin müstəqilliyi, gələcəyi və sülhü naminə seçim etdiyini bildirib.
O qeyd edib ki, “üçbaşlı döyüş partiyası” ağır məğlubiyyətə uğrayıb və xalq öz siyasi iradəsini açıq şəkildə nümayiş etdirib.
Baş nazir Ermənistanda kriminal-oliqarxik sistemin tamamilə aradan qaldırılmasının qarşıda duran əsas hədəflərdən biri olacağını vurğulayıb:
“Bu, parlament çoxluğunun və gələcək hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq. Biz qətiyyətlə, təxirə salınmadan və xüsusi tədbirlərlə hərəkət edəcəyik”.
Paşinyan əlavə edib ki, “Mülki Müqavilə” Partiyası parlament çoxluğunu formalaşdıracaq və yeni hökuməti quracaq.
12:20 08.06.2026
Oxunuş sayı: 52