Fon der Leyen Paşinyanı təbrik etdi: Avropaya yol açılır
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, fon der Leyen Paşinyana ünvanladığı mesajda Ermənistanın Avropa ilə yaxınlaşma kursunu yüksək qiymətləndirib.
“Sizin rəhbərlik etdiyiniz 2018-ci il "Məxməri İnqilab"nın ruhu yaşayır və sağlamdır. Ermənistan getdikcə Avropaya yaxınlaşır”, – Avropa Komissiyasının rəhbəri bildirib.
O, həmçinin vurğulayıb ki, Ermənistan Avropa İttifaqının dəstəyinə və əməkdaşlığına ümid edə bilər.
Fon der Leyenin təbrik mesajı Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində verilən siyasi dəstəyin növbəti göstəricisi kimi qiymətləndirilir.
12:12 08.06.2026
Oxunuş sayı: 63