Paşinyandan gözlənilən açıqlama gəldi: Parlamentdə çoxluq bizimdir
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərin nəticələrindən sonra bəyan edib ki, hakim “Mülki Müqavilə” Partiyası parlamentdə çoxluq təşkil edəcək və yeni hökuməti formalaşdıracaq .
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə büdcənin icrası ilə bağlı keçirilən müzakirələr zamanı danışıb.
Baş nazir bildirib ki, seçkilərin nəticələri hakim partiyanın parlamentdə üstünlüyünü qoruduğunu göstərir və bu, hökumətin formalaşdırılmasına imkan verəcək.
Paşinyan qeyd edib ki, yaxın aylarda yeni parlamentin fəaliyyəti və hökumətin formalaşdırılması ilə bağlı məsələləri daha ətraflı müzakirə etmək imkanı yaranacaq.
Xatırladaq ki, seçkilərin ilkin nəticələrinə əsasən, “Mülki Müqavilə” Partiyası səslərin əhəmiyyətli hissəsini toplayaraq lider mövqedə qərarlaşıb.
12:04 08.06.2026
Oxunuş sayı: 48