Dronlar Rusiyanın nəhəng neft bazasını hədəf aldı
Rusiyanın Novorossiysk şəhərində yerləşən neft bazasına dron hücumu edildiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Novorossiyskdə yerləşən “Qruşovaya” neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Məlumatlarda, hadisə zamanı təxminən 50 partlayış səsinin eşidildiyi qeyd olunur. Bildirilir ki, Qafqaz regionunun ən böyük neft ötürmə və saxlama obyektlərindən biri hesab edilən bazada bir neçə neft rezervuarına zərbə dəyib.
İddialara görə, zərbələrdən sonra ərazidə yanğın baş verib və hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı, rəsmi qurumlar tərəfindən hələlik ətraflı məlumat verilməyib.
10:20 08.06.2026
Oxunuş sayı: 54