İran və İsrail arasında qarşılıqlı raket zərbələri başladı
İran və İsrail arasında qarşılıqlı hücumlar nəticəsində bölgədə gərginlik yenidən artıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusu İran ərazisində bir sıra hərbi hədəflərə və neft-kimya obyektinə zərbələr endirdiyini açıqlayıb. Hücumlar zamanı Tehran, Təbriz, İsfahan və Kərəc şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri İranın qərb və mərkəzi bölgələrində yerləşən hədəflərə yönəlib. İsrail tərəfi əməliyyatın İranın əvvəlki raket hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Buna cavab olaraq, İran İsrail istiqamətində raketlər buraxıb. İsrail ordusu raket hücumunu təsdiqləyərək hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Tərəflər arasında qarşıdurmanın genişlənməsi ehtimalı regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
09:57 08.06.2026
Oxunuş sayı: 84