İran Səudiyyə Ərəbistanına raket zərbəsi endirib
İran Səudiyyə Ərəbistanındakı hərbi hava bazasını hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Press Agentliyi ölkənin Müdafiə Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.
İranın Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan hərbi hava bazasına ballistik raket zərbəsi endirdiyi bildirilir.
Məlumata görə, Krallığın hava hücumundan müdafiə qüvvələri bazaya doğru atılan iki ballistik raketi vaxtında aşkar edərək havada məhv edib.
Bildirilib ki, raketlərin zərərsizləşdirilməsi nəticəsində hərbi obyektə və ya mülki infrastruktura ziyan dəyməyib.
Hadisə ilə bağlı əlavə məlumatların araşdırmalardan sonra açıqlanacağı qeyd olunub.
09:43 08.06.2026
Oxunuş sayı: 59