Trampın Netanyahuya bu dediklərindən sonra plan dəyişdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranın son raket zərbələrinə cavab tədbirlərini təxirə salmağa razılaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu bu qərarı ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığından sonra qəbul edib.
Nəşr bildirir ki, İsrail hökumətinin başçısı ilkin mərhələdə cavab əməliyyatının təxirə salınmasına qarşı çıxsa da, sonradan Vaşinqtona Tehranla razılıq əldə etmək üçün əlavə vaxt verməyə razı olub.
Mənbənin sözlərinə görə, ABŞ administrasiyası hazırda gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səylərini davam etdirir.
09:35 08.06.2026
Oxunuş sayı: 62