Hakan Fidan iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranla həmkarı Abbas Araqçi arasında telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, tərəflər regiondakı gərgin vəziyyəti, eləcə də İran və ABŞ arasında davam edən danışıqların gedişini müzakirə ediblər.
Telefon danışığında regional sabitlik və diplomatik səylərlə bağlı məsələlərə də toxunulduğu bildirilib.
07:20 08.06.2026
Oxunuş sayı: 45