Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər ikitərəfli ticarət əlaqələrinin mümkün qədər genişləndirilməsi yollarını müzakirə edirlər.
“Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına yönəlib və tərəflər qarşılıqlı ticarətin maksimum dərəcədə artırılması imkanlarını nəzərdən keçirirlər”, – Qriqoryan qeyd edib.
Bildirək ki, bəyanat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan müzakirələr fonunda səsləndirilib.
07:00 08.06.2026
Oxunuş sayı: 52