Finlandiya prezidentindən gözlənilməz mövqe – kəşfiyyat iddialarına şübhə
Finlandiya prezidenti Alexander Stubb Qərb kəşfiyyat orqanlarının Rusiyanın Baltikyanı ölkələrə hücum planları hazırladığı barədə fərziyyələrə inanmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, O, Avropa ölkələrinin Rusiya ilə dialoqu davam etdirməsinin vacibliyini vurğulayaraq, mövcud gərginliyin yalnız danışıqlar yolu ilə azaldıla biləcəyini qeyd edib.
Stubb-un açıqlaması regionda təhlükəsizlik müzakirələrinin davam etdiyi bir vaxtda diqqət çəkib və Avropanın Rusiya siyasətinə dair fərqli yanaşmaları yenidən gündəmə gətirib.
18:16 07.06.2026
Oxunuş sayı: 48