İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirib
İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya məhəlləsinə hava zərbələri endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər saytı məlumat yayıb.
Məlumata görə, hücum “Hizbullah”ın güclü mövqeləndiyi Dahiya bölgəsini hədəf alıb.
İsrail tərəfi əməliyyatı, sərhəd bölgələrindən İsrailə qarşı atəş açılmasına cavab kimi izah edib.
Rəsmilər bildirir ki, zərbələr “terror obyektlərinə” yönəlib və əməliyyatlar təhlükəsizlik məqsədi daşıyır. Hadisə İsrail–Hizbullah gərginliyinin yenidən yüksəlməsi kimi qiymətləndirilir.


17:23 07.06.2026
Oxunuş sayı: 67