Papikyan xaricdə yaşayan ermənilərə çağırış edib
Ermənistanın müdafiə naziri Suren Papikyan xaricdə yaşayan Ermənistan vətəndaşlarına müraciət edib.
O, ölkə xaricindən gələn vətəndaşlara öz vətəndaşlıq borclarını yerinə yetirərək səsvermədə iştirak etməyi tövsiyə edib.
Crossmedia.az-ın məlumatına görə, Papikyan bildirib ki, seçkilərdə iştirak hər bir vətəndaşın məsuliyyəti və hüququdur.
Nazir seçki prosesində fəal iştirakın ölkənin gələcəyi baxımından vacib olduğunu vurğulayıb.
O, vətəndaşları səsvermə hüququndan istifadə etməyə və ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamağa çağırıb.
17:00 07.06.2026
Oxunuş sayı: 55