Overçukdan Ermənistana xəbərdarlıq: Aİ artıq hərbi-siyasi ittifaqdır
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanın diqqətini Avropa İttifaqının artıq iqtisadi birlikdən hərbi-siyasi ittifaqa çevrildiyinə yönəltməyə çalışır. Onun sözlərinə görə, bu birlik Rusiyaya qarşı açıq şəkildə düşmən mövqe nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, Overçuk qeyd edib ki, Rusiya bu məsələni erməni tərəfi ilə müzakirə edib və bundan sonra da Ermənistanın rəhbərliyinin diqqətini bu məsələyə cəlb etməyə davam edəcək. O vurğulayıb ki, İrəvan atdığı addımların nəticələrini diqqətlə qiymətləndirməlidir.
Rusiya rəsmisinin fikrincə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması ölkə üçün strateji seçim məsələsi yaradır və bu prosesin mümkün nəticələri nəzərə alınmalıdır.
16:40 07.06.2026
Oxunuş sayı: 50