Mirzoyan seçicilər üçün ölkədə yaşamaq tələbinin tətbiqini təklif edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan seçicilər üçün ölkədə müəyyən müddət yaşamaq tələbinin tətbiq olunmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, o bu fikri xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə üçün ölkəyə qayıtmasını əks etdirən videolarla bağlı sualı cavablandırarkən səsləndirib.
Nazirin sözlərinə görə, seçkilərdən sonra Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsinə baxılmalıdır.
O qeyd edib ki, hüquqi baxımdan vətəndaşın uzun illər başqa ölkədə yaşadıqdan sonra səsvermə üçün qısa müddətə Ermənistana gəlib yenidən geri qayıtması mümkündür.
Lakin Mirzoyan bunun siyasi baxımdan məsuliyyətsiz addım olduğunu və belə davranışı başa düşmədiyini vurğulayıb.
Zeynəb Həsən
14:17 07.06.2026
Oxunuş sayı: 44