Köçəryan: Ermənistanda hakimiyyətə gəlsək, radikal dəyişikliklər olacaq
Ermənistanın keçmiş prezidenti və “Ermənistan” blokunun lideri Robert Köçərryan İrəvanda yerləşən seçki məntəqələrindən birində səs verib.
Crossmedia.az xəbər verir ki, Köçəryan jurnalistlərə açıqlamasında səsini “təhlükəsiz və azad Ermənistan naminə” verdiyini bildirib.
O, seçki məntəqəsinə həyat yoldaşı Bella Köçəryan ilə birlikdə gəlib.
Köçəryan qeyd edib ki, rəhbərlik etdiyi siyasi qüvvə hakimiyyətə gələrsə, ölkədə radikal dəyişikliklər həyata keçiriləcək.
Onun sözlərinə görə, Ermənistanın üzləşdiyi itkilər, prinsiplərdən uzaqlaşma və suverenliyin zəifləməsi prosesinə son qoyulmalıdır.
Zeynəb Həsən
14:54 07.06.2026
Oxunuş sayı: 48