ABŞ İrana qarşı maksimum təzyiq siyasətinin davam etdirəcək
ABŞ Dövlət Departamenti Vaşinqtonun İran hakimiyyətinə qarşı maksimum təzyiq siyasətini davam etdirəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qurumun yaydığı bəyanatda bildirilib ki, ABŞ İranın maliyyə və enerji sektorlarına yönəlmiş təzyiq tədbirlərini davam etdirmək niyyətindədir.
Dövlət Departamenti bununla yanaşı yeni sanksiyaların tətbiq olunduğunu da elan edib. Məlumata görə, İran yanacağının qaçaqmalçılığı ilə məşğul olan sıra şəbəkələr və onlarla əlaqəli şəxslər sanksiya siyahısına daxil edilib.
14:33 07.06.2026
Oxunuş sayı: 60