KİV: İran müharibədən sonrakı sülh mərhələsinə keçidə hazırlaşır
İran müharibənin yaratdığı təcrid vəziyyətindən sülh mərhələsinə keçid üçün kritik bir dövrə daxil olmağa hazırlaşır.
Crossmedia.az "The Guardian"-a istinadən xəbər verir.
Təhlildə qeyd olunur ki, bu keçid dövrü ölkə daxilində həm iqtisadi, həm də sosial baxımdan ciddi çətinliklərlə müşayiət oluna bilər.
Bunlara yüksək inflyasiya, iqtisadi problemlər, elektrik enerjisinin kəsilməsk və sosial narazılıqlar daxildir.
Mənbənin yazdığına görə, İran daxilində müharibədən sonrakı dövrün siyasi və iqtisadi nəticələri ilə bağlı müzakirələr tədricən intensivləşir.
Hesabatda, həmçinin bildirilir ki, hakimiyyət daxilində əsas məqsəd təkcə müharibə dövründə deyil, müharibədən sonrakı mərhələdə də siyasi sabitliyi və idarəetməni qorumaqdır.
14:28 07.06.2026
Oxunuş sayı: 62