Paşinyan: Ermənistan Aİ-yə üzvlüyə hazır deyil
Ermənistan hələlik Avropa İttifaqına(Aİ) üzv dövlət statusuna obyektiv şəkildə hazır deyil.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Ermənistanın Avropa İqtisadi İttifaqında davam etməsini və ya Aİ-yə üzvlük prosesinin başlamasını müəyyən etmək üçün mümkün referendumla bağlı suala da cavab verib.
"Referendum referendum üçün mövzu yarandıqda keçiriləcək. Referendumun mövzusu ən azı Ermənistanın təşkilat üzvlüyü üçün rəsmi müraciəti və ya Ermənistanın Aİ-yəüzv dövlət statusu olmalıdır".
Paşinyanın sözlərinə görə, hazırda bu iki şərtdən heç biri yerinə yetirilməyib. Ermənistan hakimiyyəti başa düşür ki, ölkə bu statusa hazır deyil və əvvəlcə islahatlar aparılmalıdır.
14:05 07.06.2026
Oxunuş sayı: 52