Karapetyan səsvermədən sonra diqqət çəkən açıqlama verib
Rusiyalı iş adamı Samvel Karapetyan Rusiyaya qayıtmaq planının olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, səsvermədən sonra rusiyalı jurnalistin sualını cavablandırarkən Ermənistanda uzun müddət qalacağını deyib.
"Ermənistanda daha 10 il qalacağam. Burada işləyəcəyəm. Görüləsi iş çoxdur", deyə Karapetyan qeyd edib.
Onun açıqlaması Ermənistanda gələcək fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olub.
14:08 07.06.2026
Oxunuş sayı: 53