Köçəryan: Paşinyan 1 mart hadisələri ilə 5000 qurbanı kölgədə saxlamağa çalışır
- Ermənistanın keçmiş prezidenti və “Ermənistan” blokunun lideri Robert Köçəryan bildirib ki, baş nazir Nikol Paşinyan 2008-ci il “1 mart” hadisələrini gündəmə gətirməklə özünün məsuliyyət daşıdığı iddia edilən “5000 qurban” mövzusunu kölgədə saxlamağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, “1 mart 2008” hadisələri tez-tez müzakirə olunmasının səbəbi Paşinyanın bu məsələyə dair “psixoloji qorxularıdır”.
Keçmiş prezident, həmçinin yeni həbslərdən qorxub-qorxmadığı barədə suala cavab verərək, artıq “qanunsuz əsaslarla cəza çəkdiyini” və indi Paşinyanın qanun qarşısında məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Köçəryanın sözlərinə görə, hakimiyyət cəmiyyətdə qorxu mühiti yaratmağa çalışır, lakin hazırda xalqın əsas narahatlığı ölkənin təhlükəsizliyidir və bu məsələ ilə bağlı məsuliyyət birbaşa hökumətə aiddir.
13:40 07.06.2026
Oxunuş sayı: 51