Ermənistan parlament sədri Paşinyanın üçüncü müddətə namizədliyini “normal” sayır
Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın faktiki olaraq üçüncü müddətə namizəd olmasını normal hal kimi qiymətləndirib və 2031-ci ildə də eyni vəziyyətin mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İrəvanda seçki məntəqəsinin qarşısında jurnalistlərin suallarını cavablandıran Simonyan keçmiş prezident Serj Sarkisyanı xatırladaraq onun idarəetmə forması dəyişdikdən sonra namizəd olmayacağını desə də, sonradan bu vədinə əməl etmədiyini qeyd edib.
O, həmçinin Almaniyanın keçmiş kansleri Angela Merkel, Böyük Britaniyanın sabiq baş nazirləri Marqaret Tetçer və Toni Bleri nümunə göstərərək onların da bir neçə dəfə vəzifəyə namizəd olduqlarını vurğulayıb.
“Qanunla nəzərdə tutulan hər şey mənim üçün normaldır,” – deyə o bildirib.
13:35 07.06.2026
Oxunuş sayı: 44