Ukraynada nüvə obyektinə zərbə: Bina zərər gördü
Ukrayna Rusiyanın ölkə ərazisində yerləşən İşlənmiş Nüvə Yanacağı üçün Mərkəzləşdirilmiş Anbara zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, konteynerlərin qəbul edildiyi bina hücum nəticəsində qismən dağılıb. Lakin obyekt daxilində işlənmiş nüvə yanacağının saxlanılmadığı bildirilib.
Zərbədən sonra ərazidə yanğın baş verib, lakin operativ müdaxilə nəticəsində alov söndürülüb. Hadisə zamanı personal arasında xəsarət alan olmayıb.
Ukrayna dövlət şirkəti “Energoatom” bildirib ki, obyekt üzrə radiasiya fonu normal həddə qalır və ətraf mühit üçün təhlükə yoxdur.
13:05 07.06.2026
Oxunuş sayı: 53