Paşinyan: Rusiya ilə münasibətlərdə heç bir gərginlik görmürük
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə gərginlik olması ilə bağlı iddiaları rədd edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Paşinyan bildirib ki, iki ölkə arasındakı münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub.
“Bu gərginlik sünidir. Rusiya ilə münasibətlərimiz institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır”, – o vurğulayıb.
Paşinyan əlavə edib ki, zaman-zaman müxtəlif problemlər meydana çıxsa da, bu hallar qeyri-adi deyil. Paşinyanın sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə üzv olan bütün ölkələr oxşar əməliyyat və koordinasiya çətinlikləri ilə qarşılaşırlar.
11:21 07.06.2026
Oxunuş sayı: 52