Ukrayna dəniz dəhlizində gərginlik: Humanitar missiya atəşə tutuldu
Ukraynanın baş nazirinin müavini Oleksiy Kulebanın sözlərinə görə, Rusiya Ukrayna dəniz dəhlizi çərçivəsində humanitar missiya həyata keçirən iki mülki axtarış-xilasetmə katerinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Kuleba bildirib ki, katerlər humanitar tapşırıq yerinə yetirdikləri vaxt hədəfə alınıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar və mümkün itkilər barədə məlumat verilməyib.
11:18 07.06.2026
Oxunuş sayı: 61