İsrailin İrana qarşı gizli planı ifşa edildi: Hakimiyyət dəyişikliyi hədəflənirmiş
İsrailin xarici kəşfiyyat xidməti Mossadın yüksək vəzifəli keçmiş rəsmilərindən biri İran hakimiyyətinə qarşı hazırlanmış planın tam həyata keçirilmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki , “Times of Israel” qəzetinin məlumatına görə, “Alf” təxəllüsü ilə tanınan keçmiş kəşfiyyatçı İsrailin “Channel 12” telekanalına müsahibəsində bildirib ki, İran hakimiyyətinin dəyişdirilməsinə yönəlmiş çoxmərhələli plan ABŞ-nin aprel ayında müharibəni dayandırmaq qərarından sonra yarımçıq qalıb.
Onun sözlərinə görə, plan uzun müddət ərzində hazırlanıb və mərhələli şəkildə icra edilməli idi. Keçmiş Mossad rəsmisi qeyd edib ki, prosesə müxtəlif regional tərəfdaşlar da cəlb olunub və əsas məqsədlərdən biri İran hakimiyyətinin dəyişdirilməsi olub.
“Biz yolun sonuna qədər getmədik. Plan dayandırıldı. Müharibəyə strateji tərəfdaşla daxil olduq, lakin həmin tərəfdaş sonradan döyüşləri dayandırdı”, – o bildirib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, planın dayandırılması nəzərdə tutulan məqsədlərə tam şəkildə nail olunmasına imkan verməyib.
Fatimə
11:40 07.06.2026
Oxunuş sayı: 55