Ermənistanda Rusiyapərəst bloqçuya qarşı cinayət işi açılıb
Ermənistanda Rusiyapərəst bloqçu Mixael Badalyana qarşı cinayət işi açılıb.
Crosssmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.
Müstəntiqlər iddia edirlər ki, o, Rusiyadakı Ermənistan vətəndaşlarına Milli Məclis seçkilərində iştirak etmələri müqabilində müxtəlif imtiyazlar vəd edib.
19:30 03.06.2026
Oxunuş sayı: 46