Bu gün Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək
Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3 iyun tarixində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
10:38 03.06.2026
Oxunuş sayı: 50