SEPAH generalı: Babül-Məndəb boğazı bağlanacaq
SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarının bölgədə dəniz nəqliyyatı üçün yeni risklər yarada biləcəyini bildirib.
O qeyd edib ki, ABŞ dəstəyi ilə həyata keçirilən əməliyyatlar “müqavimət oxu” adlandırdığı qüvvələrin reaksiyasını gücləndirə bilər.
İsmayıl Qaaninin sözlərinə görə, yaranan vəziyyət Babül-Məndəb boğazında gəmi hərəkətinin Hörmüz boğazındakı mövcud şəraitə bənzəməsinə səbəb ola bilər.
15:00 02.06.2026
Oxunuş sayı: 53