CROSSMEDIA - Baş nazir qərar imzaladı
Gündəm

Baş nazir qərar imzaladı

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs yaradılıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında 2011-ci il 18 iyul tarixli qərarına edilən dəyişikliyə əsasən, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yanaşı, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri üzrə də yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında 2020-ci il 29 oktyabr tarixli qərarına edilən dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Hökumət buludu”na mərhələli Keçid Planına daxil olunub.

14:34 17.12.2024

Oxunuş sayı: 5433

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR