CROSSMEDIA - “Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir keçirilib
Gündəm

“Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir təşkil edilib.

Bu barədə Crossmedia.az Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə istinadən xəbər verir.. Tədbirdə Agentliyin sosial xidmət mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar və onların valideynləri, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinləri iştirak ediblər.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev çıxış edərək iştirakçıları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Tədbirdə həssas kateqoriyadan olan şəxslərə, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyindən danışılıb.

Sosial xidmət mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivi, 1 saylı uşaq evi-sosial xidmət müəssisəsinin “Azəri” mahnı və rəqs kollektivi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı və Uşaq Folklor Mahnı-Rəqs Ansamblı müxtəlif rəqs, musiqi və bədii qiraət nümunələri təqdim edib.

Tədbir həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilib.

 

 

13:37 17.12.2024

Oxunuş sayı: 6292

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR