Bu gün “Drip Drop”un “Avroviziya” uğurundan 16 il ötür
2010-cu ilin 29 may tarixi Azərbaycanın “Avroviziya” tarixində yaddaqalan günlərdən biri kimi yadda qalıb.
Crossmedia.az xatırladır ki, 16 il əvvəl bu gün Azərbaycanın təmsilçisi Səfurə Əlizadə Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Eurovision Song Contest 2010” mahnı müsabiqəsində “Drip Drop” mahnısı ilə çıxış edib.
Müğənni müsabiqənin final mərhələsində uğurlu performansı ilə diqqət çəkərək 145 xal toplayıb və 5-ci yeri tutub. Həmin nəticə o dövrdə Azərbaycanın yarışmadakı ən uğurlu göstəricilərindən biri hesab olunurdu.
Qeyd edək ki, “Drip Drop” mahnısı müsabiqədən sonra da Avropa dinləyiciləri arasında populyarlıq qazanmışdı. Mahnının müəllifləri Anders Bagge və Stefan Örn olub.
Fatimə Məmmədova
09:00 29.05.2026
Oxunuş sayı: 99