Bakıya diametri 4 mm olan dolu yağıb
Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
16:33 26.05.2026
Oxunuş sayı: 44