WUF13-də “ağıllı ev” sistemi təqdim edilib
Bu sistem daxil olan zəng və mesajları bir neçə dildə qəbul edərək avtomatik şəkildə emal edir, nitqi tanıyır və müraciətləri mətn formatına çevirir.
Crossmedia.az xəbər ki, platforma sakinlərin gündəlik kommunal problemlərlə bağlı müraciətlərini daha operativ şəkildə qəbul etməyə imkan yaradır.
Mənzil sahibləri lift nasazlığı, su sızması, elektrik enerjisinin kəsilməsi və digər texniki problemləri öz ana dilində bildirə bilir. AI dispetçer isə insan tərcüməçisinə ehtiyac olmadan müraciətin məzmununu müəyyənləşdirərək onu uyğun kateqoriyaya yönəldir.
Şirkətin məlumatına görə, bu texnologiya xüsusilə, əhalisinin etnik tərkibi müxtəlif olan regionlarda, eləcə də xarici vətəndaşların və əmək miqrantlarının yaşadığı yaşayış komplekslərində idarəetmə prosesini asanlaşdırır.
Sistem dil və problemin növünü müəyyən etdikdən sonra müraciəti avtomatik şəkildə aidiyyəti texniki əməkdaşa — santexnik, elektrikçi və ya digər xidmət personalına ötürür.
Ayhan
13:48 22.05.2026
Oxunuş sayı: 72