"Qarabağ" Elvin Cəfərquliyev barədə yekun qərarını verdi
İntizamsızlıq səbəbindən baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevin "Qarabağ"dakı gələcəyinə aydınlıq gəlib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisi sol cinah müdafiəçisini satışa çıxarıb.
Bu barədə futbolçunun agenti Tural Əsgərov məlumat verib.
Agent sol cinah müdafiəçisinin yaxın vaxtlarda Ağdam klubunu tərk edəcəyini istisna etməyib:
"Qarabağ" Elvinin transferə çıxarılmasına yaşıl işıq yandırdı. Hazırda biz müxtəlif klublarla danışıqlar prosesindəyik. Lakin hələ ki, rəsmi olaraq razılaşdığımız və ya müqavilə bağladığımız heç bir komanda yoxdur. Əgər potensial alıcı ilə ortaq məxrəcə gəlsək və həmin klub transfer qiymətində "Qarabağ"la anlaşsa, bu keçid rəsmiləşəcək". (Qafqazinfo)
18:20 20.05.2026
Oxunuş sayı: 50