Fərhad Əliyev DSK-də yüksək vəzifəyə TƏYİN EDİLİB
Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub.
Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi vakantdır. (Yeni sabah)
17:10 20.05.2026
Oxunuş sayı: 62