Regional təşəbbüslərin mərkəzində Azərbaycan dayanır - Əziz Əlibəyli
Bakı-Tbilisi dəmiryolu xətti regionun strateji nəqliyyat infrastrukturunda yeni mərhələnin başlanğıcı kimi çıxış edir.
Bu layihə həm iqtisadi əlaqələrin güclənməsi, həm də region ölkələri arasında qarşılıqlı inteqrasiyanın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəzi siyasi yanaşmalarda bu prosesin səbəb-nəticə əlaqələri fərqli izah olunsa da, reallıq göstərir ki, belə layihələr uzunmüddətli planlaşdırma və ardıcıl diplomatik fəaliyyət nəticəsində həyata keçirilir. Azərbaycanın bu istiqamətdə rolu xüsusilə diqqətəlayiqdir.
Prezident İlham Əliyevin müdrik və strateji baxışa əsaslanan siyasəti regionda əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir. Bu siyasət nəticəsində nəqliyyat layihələri qarşıdurma deyil, əməkdaşlıq platforması kimi formalaşır.
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Unutmaq olmaz ki, Azərbaycanla qonşu dövlətlər arasında irəli sürülən təşəbbüslərin müəllifi əksər hallarda məhz Azərbaycan olub. Bu təşəbbüslərin əsasını isə ölkəmizin iqtisadi imkanları və regional təsir gücü təşkil edir.
Gürcüstanın Azərbaycana verdiyi iqtisadi fayda ilə Azərbaycanın Gürcüstana təmin etdiyi iqtisadi imkanlar arasında ciddi fərq mövcuddur. Məhz bu baxımdan, proseslərdə daima həlledici tərəf kimi Azərbaycan çıxış edir.
Bu, ilk belə qərar deyil. Cənab Prezidentin də vurğuladığı kimi, strateji əhəmiyyət daşıyan qərarlar birbaşa dövlət başçısının səlahiyyətindədir və onların verilməsi müəyyən zamanlama, regional vəziyyət və milli maraqlar əsasında həyata keçirilir.
Regionumuzda baş verən son hadisələr isə göstərir ki, bu cür addımların atılması üçün həm təhlükəsizlik, həm də geosiyasi amillər xüsusi əhəmiyyət daşıyır".
Elmir Heydərli
15:55 20.05.2026
Oxunuş sayı: 60