Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının altıncı günündə 5 medal qazanıblar
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının 6-cı günündə 5 medal qazanıblar.
Crossmedia.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb.
Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.
Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.
22:55 16.05.2026
Oxunuş sayı: 34