Stolüstü tennisçilərimiz beynəlxalq yarışı üç mükafatla başa vurublar
Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirini üç mükafatla başa vurublar.
Crossmedia.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.
22:10 16.05.2026
Oxunuş sayı: 32