Qazanları təmizləməyin daha asan yolu var imiş
Qaralmış sürtgəcləri və yanmış qazan və tavaları təmizləmək dünyanın ən çətin işlərindən biri ola bilər.
Lakin getdikcə populyarlaşan və praktik üsullar sayəsində artıq bahalı kimyəvi maddələrə ehtiyac qalmır. Bu təmizliyi evdə olan materiallarla asanlıqla edə bilərsiniz.
Crossmedia.az "CNNTÜRK"-ə istinadən xəbər verir.
Qaralmış sürtgəcləri və yanmış qazan-tavaları təmizləməkdə çətinlik çəkirsiniz? Bu problemi həll etmək üçün sadəcə səthə bir az qab yuyucu vasitə tökün və əzilmiş alüminium folqa ilə ovuşdurun. Bu üsul metaldakı çirki və rəng dəyişikliyini aradan qaldırır.
Mütəxəssislər bu cür təbii üsulların yüngül və orta səviyyəli çirklərdə çox təsirli olduğunu deyirlər. Mətbəx qab-qacaqlarınızı kimyəvi maddələrlə təmizləmək istəmirsinizsə, bu təbii üsullara müraciət edə bilərsiniz.
08:30 16.05.2026
Oxunuş sayı: 36