"Qəbələ" "Karvan-Yevlax"ı məğlub edib
Misli Premyer Liqasının XXXII turunda "Qəbələ" - "Karvan-Yevlax"ı məğlub edib.
Crossmedia.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərindən 54-cü dəqiqədə Olavale Doyeni fərqlənib. "Qəbələ"nin heyətində isə İbrahim Sanqare (56) və Domi Massumo (67) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.
Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.
18:55 15.05.2026
Oxunuş sayı: 30