Nazir: “Mədəniyyət – həyatdır” fəlsəfəsi konsepsiyanın ana xəttidir
“Azərbaycan mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası milli mədəniyyətə yeni strateji baxışı şərtləndirib. Burada mədəniyyətə fərqli bir baxış formalaşdırılır. “Mədəniyyət – həyatdır” fəlsəfəsi konsepsiyanın ana xəttidir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli "Azərtac"a müsahibəsində söyləyib.
Nazir bildirib ki, ilk dəfə olaraq strateji sənəddə mədəniyyətin altı sahəsi – Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs – ayrıca istiqamət kimi müəyyən edilib.
Həmçinin "Eyni zamanda, konsepsiyanın qəbulundan sonra onun praktiki icrasını təmin edəcək altı əsas dövlət proqramının hazırlanması nəzərdə tutulur. Bu proqramlar mədəniyyətin bütün sahələri üzrə fəaliyyəti əhatə edərək, konsepsiyanın strateji müddəalarını konkret icra mexanizmlərinə çevirəcək", - deyə, o, qeyd edib.
15:52 15.05.2026
Oxunuş sayı: 2066